Bir günlük qazancı 3 min manatdan çox oldu – Polis dilənçini saxladı
Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (3.144 AZN-dən artıq) pul tapılıb.
Patrulaz.az xəbər verir ki, həmin pullar pulsayan maşınla hesablanıb.
Pulları ələ keçirən polislər dilənçi haqqında qanuni tədbir görüb.
Qeyd edilib ki, bu vəsait dilənçinin birgünlük gəliridir.







