Bir hədiyyə ilə könlünü fəth edə biləcəyiniz BÜRCLƏR
Elə insanlar var ki, nə qədər inciyib əsəbiləşsələr də, qarşılarına sevdikləri bir şey qoyanda bütün qəzəbləri unudurlar. Astroloji baxımdan isə bəzi bürclərdə bu xüsusiyyət elə bil ki, proqramlaşdırılıb. Bir sözlə, onların qəlbləri tez yumşalır, inciklikləri isə uzun çəkmir. Bu bürclər üçün münasibət, diqqət və kiçik jestlər hər şeydən önəmlidir.
Patrulaz.az astroloqların rəyləri və əlavə müşahidələrimiz əsasında, qəlbi yumşaq, uşaq kimi kövrək və bir hədiyyə ilə könülləri alınan bürcləri təqdim edir:
Buğa bürcü
Onların “ürəyinə gedən yol” mədəsindən keçir. Buğa bürcləri maddiyatı və rahatlığı sevərlər, amma sevgi məsələsində daha çox hisslərinə önəm verirlər. Ən sevdiyi şirniyyatı, xoş ətirli çiçəkləri və ya göz oxşayan bir hədiyyə təqdim etdikdə bütün inciyini unudub gülümsəyirlər. Kin saxlamağı xoşlamadıqları üçün üzlərini güldürmək də çətin deyil, yetər ki, səmimi olasınız.
Əkizlər bürcü
Tez əsəbiləşirlər, amma bir o qədər də tez soyuyurlar. Əkizlər üçün jestin böyüyü-kiçiyi yoxdur. Onlar üçün əsas olan jestin maraqlı və fərqli olmasıdır. Düşündürücü bir kitab, əyləncəli bir oyun və ya gözlənilməz bir dəvət onları dərhal yumşalda bilər. Əkizləri yola gətirməyin ən yaxşı yolu onlarla maraqlı ünsiyyət qurmaqdır.
Şir bürcü
Qürurlu, lider ruhlu və diqqət mərkəzində olmağı sevən Şirlər üçün tərif ən gözəl hədiyyədir. Onlara uğurlarını xatırladın, bir az da tərifləyin. Bunun təsiri inanılmaz olacaq. Qızıl rəngli bir aksesuar, parlaq detallar və ya xüsusi bir jest də Şirin könlünü qazanmaq üçün əla seçimdir. Şirlər əsla öz dəyərlərinin unudulduğunu hiss etmək istəmirlər.
Tərəzi bürcü
Zövqlü, estetik duyumu güclü və harmoniya axtaran Tərəziləri incitmək çətin olsa da, incitdikdə yola gətirmək asandır. Onlar üçün seçilən hədiyyənin gözəl görünməsi önəmlidir. Səliqəli bükülmüş bir qutu, içində isə sevdikləri ətir və ya zərif bir aksesuar Tərəzinin könlünü dərhal yumşaldar. Ən əsası isə, onların qərarına hörmət etməkdir.
Balıq bürcü
Zodiayın ən romantik və duyğusal bürcüdür. Onlar üçün hədiyyənin maddi dəyəri deyil, hissiyatı önəmlidir. Əl işi bir xatirə, öz əlinizlə yazdığınız məktub və ya keçmişdən gələn dəyərli bir əşya Balıqları dərhal təsirləndirir. Onlara səmimi qulaq asmaq, dərdlərinə ortaq olmaq, bəlkə də ən böyük hədiyyə olar.
İnsanları xoşbəxt etmək üçün elə də bahalı hədiyyələrə ehtiyac yoxdur. Sadə bir çiçək və ya xoş bir söz hər şeyi dəyişə bilər. Əgər bu bürclərdən biri ilə aranızda inciklik varsa, kiçik bir sürpriz edin, nəticəsi sizi də təəccübləndirəcək!






