Bu ölkənin müdafiə naziri helikopter qəzasında öldü - VİDEO
Qananın müdafiə naziri Edvard Oman Boamah və ekologiya, elm, texnologiya və innovasiyalar naziri İbrahim Murtala Məhəmməd helikopter qəzası nəticəsində həlak olublar.
Patrulaz.az “Lenta.ru”ya istinadla xəbər verir ki, qəza zamanı helikopterdə digər dövlət rəsmiləri də olub, lakin onların taleyi barədə dəqiq informasiya yoxdur.
Faciəvi hadisə ilə bağlı məlumatı Prezident Aparatının rəhbəri Culias Debra rəsmi şəkildə təsdiqləyib:
“Müdafiə naziri Dr. Edvard Oman Boamah və ekologiya naziri İbrahim Murtala Məhəmməd vəfat ediblər. Qəza nəticəsində hər iki yüksək vəzifəli şəxs həyatını itirib”.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə qəzaya uğrayarkən alovlanıb, nəticədə bu faciənin miqyasını daha da artırıb.
Qeyd edək ki, bu, son illərdə bir ölkənin yüksək səviyyəli məmurlarının həyatını itirdiyi ikinci belə hadisədir.
Xatırladaq ki, 2024-cü il mayın 19-da İran Prezidenti İbrahim Rəisi də helikopter qəzasında həlak olmuşdu.






