"Biz bunu çox tez bir zamanda edəcəyik" - Tramp
“Biz bunu çox tez bir zamanda edəcəyik”.
Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump İranla müharibə (Uğurlu Əməliyyat – “Operation Epic Fury”) ilə bağlı xalqa müraciəti zamanı deyib.
O bildirib ki, ABŞ hərbi qüvvələri İrandakı əsas hədəflərə (nüvə proqramı, ballistik raketlər və donanma) nail olub və razılaşma əldə edilməzsə, “növbəti iki-üç həftə” ərzində daha ciddi zərbələr endiriləcək.
“Növbəti iki-üç həftə ərzində onlara son dərəcə sərt zərbələr endirəcəyik. Bu müddət ərzində müzakirələr davam edir. Lakin bu vaxt ərzində heç bir razılaşma əldə olunmasa, əsas hədəflərə diqqət yetirəcəyik”.
Tramp əlavə edərək bildirib ki, razılaşmanın əldə olunmayacağı və ya Hörmüz boğazının açılmayacağı təqdirdə ABŞ İranı “daş dövrünə” qaytaracaq dərəcədə daha ağır zərbələr endirəcək.
O ABŞ-nin artıq İranın hərbi infrastrukturunu iflic etdiyini, “bütün kartlar”ın isə Vaşinqtonun əlində olduğunu vurğulayıb.
Tramp əlavə edib ki, ölkənin yeni rəhbərliyi qənaətbəxş danışıqlar aparmasa, ABŞ İranın elektrik enerjisi istehsalı və neft infrastrukturuna da zərbələr endirməyə başlayacaq.






