media-dco4yszzpmx2effktig2jtywimp1ftjwrzau7myu_1200

“2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması regional sülh üçün yeni perspektivlər açdı ki, bu da olduqca vacibdir”.

Patrul.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu AŞPA Prezidenti Petra Bayr sessiyanın əvvəlində bildirib.

O, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan təşəbbüsləri yüksək qiymətləndirərək qeyd edib ki, bu addım Ermənistanın Avropa Şurasına üzvlüyünün 25 illiyi ilə üst-üstə düşən mühüm mərhələyə təsadüf edir.

“Biz davamlı irəliləyişə ümid edirik və sizi AŞPA-nın dəstəyinə əmin edirik” – deyə AŞPA Prezidenti Ermənistanın Xarici İşlər Nazirinə ünvanlayıb.


Bənzər xəbərlər