media-inshot_20260106_084315072

“Biz Venesuela ilə deyil, narkotik qaçaqmalçıları ilə müharibədəyik”.

Patrul.az “UNN”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Venesuelada baş verən hadisələr barədə danışarkən deyib.

Tramp Venesuelada müharibə aparılmadığını, mübarizənin narkotik alverçilərinə qarşı yönəldiyini xüsusi qeyd edib:

“Xeyr, biz müharibə aparmırıq. Biz narkotik satan insanlarla müharibə aparırıq. Həbsxanalar, narkotik yuvaları və ruhi xəstəxanalar vasitəsilə ölkəmizi viran qoyan insanlarla mübarizə aparırıq”.

ABŞ lideri, həmçinin bildirib ki, Venesuelada 30 gün ərzində yeni seçkilərin keçirilməsi real görünmür və Amerikanın ölkədə mövcudluğu uzunmüddətli olacaq.

O, vurğulayıb ki, Venesuelada əsas prioritet sabitliyin təmin edilməsidir. Onun sözlərinə görə, ölkənin enerji infrastrukturunun bərpası 18 aydan az vaxt apara bilər və ABŞ bu prosesdə neft şirkətlərini maliyyə baxımından təşviq etməyə hazırdır:

“Düşünürəm ki, bunu daha sürətli də etmək olar. Lakin bu, çox böyük vəsait tələb edəcək. Bu, neft şirkətlərinin xərcləyəcəyi böyük məbləğlərdir və sonradan həmin vəsait ya bizə, ya da gəlirlər hesabına geri qaytarılacaq”.

Xatırladaq ki, yanvarın 3-ü gecə saatlarında Venesuelanın paytaxtı Karakasda Prezident Nikolas Maduro və onun həyat yoldaşı ABŞ qüvvələri tərəfindən saxlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər