media-retouch_2025070423022158

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycanda rusiyalı jurnalistlərin saxlanması ilə bağlı narahat olduğunu açıqlayıb.

Patrulaz.az xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani jurnalistlərə açıqlamasında deyib.

O məsələyə münasibət bildirərək çıxışı zamanı bunları deyib:

“Ali Komissar Volker Türk dəfələrlə Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyətdən və jurnalistlərin saxlanmasından narahat olduğunu bildirib. Biz bu vəziyyəti yaxından izləyirik və daha ətraflı şərh etmədən əvvəl əlavə məlumat toplayırıq”.

Xatırladaq ki, iyulun 1-də Bakıda “Sputnik Azərbaycan” xəbər agentliyində polisin keçirdiyi əməliyyat nəticəsində iki baş redaktor da daxil olmaqla, ümumlikdə yeddi nəfər saxlanılıb. Onlar fırıldaqçılıq, qeyri-qanuni sahibkarlıq və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər