BMT: Qəzzada üç ayda 1760 fələstinli həlak olub
Qəzzada mayın 27-dən bəri humanitar qıtlıq səbəbilə insan itkilərinin sayı pik həddə çatıb.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) açıqladığı məlumatlara görə, bu müddətdə 1760 fələstinli həyatını itirib.
Onlardan 994-ü Qəzza Humanitar Fondunun obyektlərinin yaxınlığında, 766-sı isə təchizat karvanı marşrutları boyunca həlak olub.
BMT-nin Cenevrədə yaydığı bəyanatda bu barədə qeyd olunur:
“Bu qətllərin əksəriyyəti İsrail ordusu tərəfindən törədilib. Eyni ərazilərdə digər silahlı ünsürlərin də varlığından xəbərdar olmağımıza baxmayaraq, onların iştirakını təsdiqləyən heç bir məlumatımız yoxdur. Hər bir qətl operativ və müstəqil şəkildə araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir”.
Qeyd edək ki, 2023-cü ilin 7 oktyabr tarixdə başlayan İsrail-Fələstin müharibəsi nəticəsində ölən fələstinlilərin sayı 61 mini keçib.






