media-inshot_20260423_164355842

Azərbaycanda hər il olduğu kimi, boşanmaların sayında dəyişkən dinamika müşahidə olunur – bəzi dövrlərdə artım, bəzilərində isə azalma qeydə alınır. Dövlət Statistika Komitəsinin son hesabatına əsasən, 2026-cı ilin ilk iki ayı ərzində ölkədə 5 250 nikah, 3 376 isə boşanma halı qeydə alınıb.

Müqayisə göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə hər 1 000 nəfərə düşən nikahların sayı 4,7-dən 3,2-yə qədər azalıb. Boşanmaların sayında da cüzi geriləmə müşahidə olunub – bu göstərici 2,1-dən 2,0-a enib.

Qeyd edək ki, Bakı şəhərində boşanma əmsalı ölkə üzrə orta göstəricini üstələyir və hazırda 2,7 təşkil edir.

Ümumilikdə, ölkəmizdə tez-tez boşanma, aliment və uşağın kimdə qalacağı ilə bağlı məsələlər müzakirə edilir. Lakin ailədaxili boşanmalarda kişilər üçün bəzi məhdudiyyətlər qoyulub.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, boşanma üçün kişilər hansı hallarda məhkəməyə müraciət edə bilməzlər?

Bu barədə Patrul.az-a Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Araz Nurməmmədov öz təcrübəsinə əsaslanan fikirlərini bölüşüb. Onun sözlərinə görə, kişilər iki halda boşanmaq üçün məhkəməyə müraciət edə bilməzlər:

media-inshot_20260423_164055053

“Kişilər iki halda boşanma ilə bağlı məhkəməyə müraciət edə bilməzlər:

Birincisi, qadının hamilə olduğu dövrdə;

İkincisi isə uşaq 1 yaşına çatana qədər kişilərin nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur”.

Boşanma prosesi yalnız aşağıdakı hallarda daha asan şəkildə həyata keçirilə bilər:

  • Əgər hər iki tərəf boşanmaq istəyirsə və ailənin yetkinlik yaşına çatmamış (18 yaşdan aşağı) uşaqları yoxdursa, boşanma daha sadə qaydada həyata keçirilir. Hər iki tərəf ərizə yazır və 1 aydan sonra nikah pozulur;
  • Yetkinlik yaşına çatmayan uşaqlar varsa, tərəflər razı olsa belə, boşanma yalnız məhkəmə yolu ilə mümkündür;
  • Qadın razı olmadıqda: Əgər arvad boşanmaq istəmirsə, kişi məhkəmədə iddia qaldırır. Bu zaman məhkəmə tərəflərə barışmaq üçün 3 aya qədər vaxt verə bilər. Əgər ailənin bərpası mümkün olmazsa, məhkəmə boşanma barədə qərar çıxarır.
  • Qadın yayınmadıqda: Arvad boşanmaya etiraz etməsə də, qeydiyyat orqanına gəlməkdən yayınarsa, məsələ məhkəmə qaydasında həll olunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər