media-img_7796

Almaniyada Berlin Şəhər Təmizlik Şirkətinin (BSR) əməkdaşlarının tətili küçələrdə xaosa səbəb olub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvar ayının sonundan bəri davam edən əmək haqqı danışıqlarında heç bir nəticə alınmadıqdan sonra “Ver.di həmkarlar ittifaqı” BSR işçilərini 10-14 mart tarixləri arasında 1 həftəlik işi dayandırmağa çağırıb. BSR əməkdaşlarının da tətilə qoşulması ilə Berlində bir həftə ərzində zibil yığılmayıb. Tətillə əlaqədar tullantıların toplanması obyektləri ilə yanaşı, tullantıdan enerji istehsalı müəssisələri və bioqaz qurğuları da işləməyib.

Tətillə əlaqədar küçələrdə və zibil qutularının yerləşdiyi ərazilərdə zibil qalaqları müşahidə olunub. Berlinlilər daşan zibil qutularının ətrafına zibil torbaları qoyublar. Toplanmayan zibillərin yaydıqları pis qoxu ilə yanaşı müxtəlif sağlamlıq problemlərinə də səbəb ola biləcəyi açıqlanıb.

Paytaxtda zərərvericilərə və xüsusən də siçanların tutulmasına qarşı xəbərdarlıq edilib. Siçan və siçovul kimi gəmiricilərin insanlara salmonella, SARS, hantavirus, tif və vəba kimi təxminən 120 xəstəliyi ötürə biləcəyi xatırladılıb.


Bənzər xəbərlər