Boynuna parça dolanan fəhləni tikiş maşını boğdu - VİDEO
Hindistanda yerləşən tikiş fabriklərindən birində dəhşətli bədbəxt hadisə baş verib.
Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntüyə əsasən xəbər verir ki, hadisə tikiş alətinin qarşısında parçanın səliqəli şəkildə açılması zamanı yaşanıb.
Belə ki, fabrikin əməkdaşlarından biri parça kətanını boynuna dolayıb, digər şəxs isə onu düyünləyib. Elə bu anda parça sürətlə hərəkət edən alət tərəfindən dartılaraq gənci yuxarıya qaldırıb. Təəssüf ki, başı dəmir konstruksiyaların arasında ilişən gənc boğulub.
Görüntülərdə hadisənin şokunu yaşayan əməkdaşların nə edəcəklərini bilmədikləri aydın görünür.
Gülbəniz Səfərova






