Braziliyada hökumət ilə narkokartellər arasında münaqişə alovlanıb - VİDEO
Braziliyada hökumət və narkokartellər arasında silahlı münaqişə şiddətlənib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində təhlükəsizlik qüvvələri cinayətkarlara qarşı 2,5 min döyüşçü göndərib, kartellər isə cavab olaraq dronlardan bomba atmağa başlayıb.
Məlumata görə, qarşıdurma nəticəsində ikisi polis zabiti olmaqla, 20 nəfər həlak olub.
Əməliyyat zamanı 80 narkotacirin saxlanıldığı, onlardan çoxlu sayda silah müsadirə edildiyi bildirilib.






