Braziliyada kartellərə qarşı ölümcül əməliyyat: 125-dən çox narkotacir həbs edildi - FOTOLAR
Braziliya hökuməti narkotacirlərə və kartellərə qarşı şiddətli əməliyyatlarını davam etdirir.
Patrulaz.az-ın xarici KİV-ə istinadla xəbər verir ki, Rio-de-Janeyroda keçirilən əməliyyat nəticəsində indiyədək 125-dən çox narkotik alverçisi və mülki şəxs həlak olub. Həmçinin əməliyyat zamanı 6 polis əməkdaşı da öldürülüb.
Məlumata görə, əməliyyata 32 zirehli texnika ilə 2500 polis cəlb olunub.
Braziliya hökuməti Rio-de-Janeyro əyalətində narkotik alverçiləri və kartellərə qarşı aparılan əməliyyatdan dəhşətli görüntüləri yayıb. Kadrlarda polis qüvvələrinin onlarla narkotaciri həbs etdiyi əks olunub. Bəzi cinayətkarların özlərinin polisə təslim olduqları bildirilib.
Qeyd edək ki, bu Rio-de-Janeyro tarixində ən ölümcül əməliyyat hesab olunur. Hökumət sakinlərə evdə qalmaları barədə xəbərdarlıq edib.







