media-13151fbb-7313-492a-ad27-afab7cbfd289

Aktyor Bred Pitt “Formula 1” filmi ilə yenidən böyük ekrana qayıdır.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, rejissorluğunu Cozef Kosinskinin etdiyi bu filmdə Pitt yarış karyerasına fasilə verdikdən sonra traslara dönən təcrübəli pilot Sonni Heyz obrazını canlandırır. Heyzin komanda yoldaşı Coşua Pirsi isə aktyor Damson İdris oynayır.
Filmin prodüserliyini yeddiqat Formula 1 dünya çempionu Luis Hamilton həyata keçirir. Ekran əsəri dünya üzrə iyun ayının ikinci yarısında kinoteatrlarda nümayiş etdiriləcək.

Ləman Sərraf


Bənzər xəbərlər