media-16856232_brad-pitt-img

Hollivud ulduzu Bred Pittin Los-Anceles şəhərinin Los Feliz bölgəsində yerləşən evi qarət olunub.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, gecə saatlarında üç nəfər şübhəli şəxs ön pəncərəsindən aktyorun evinə daxil olub.

Məlumata görə, oğurluq zamanı xoşbəxtlikdən Bred Pitt evdə olmayıb.

Polisin açıqlamasına əsasən, şübhəlilər oğurluq etdikdən sonra hadisə yerindən qaçıblar. Oğurların hansı əşyaları götürdükləri barəsində dəqiq məlumat yoxdur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər