media-cde61e9f-afb4-49e7-a1a2-d9c1a1e7a7f2

Son günlər “Brend.moda.boutigue” adlı “İnstagram” səhifəsi müştərilərin şikayətlərinə səbəb olub. Sosial media üzərindən satış edən butik barədə Patrulaz.az-a məhsul sifariş edən müştərilərlə ödənişdən sonra əlaqə qurulmadığı və bir çox hallarda bloklandıqları iddiası ilə şikayətlər daxil olub.
Müştərilər bildirirlər ki, məhsul sifarişi verdikdən sonra əvvəlcədən razılaşdırılmış qiymətlərlə pul ödənilir, lakin ödənişdən sonra butik sahibi tərəfindən əlaqə kəsilir və sifarişlər göndərilmir. Şikayətçilər, ödəniş etdikdən sonra öz hesablarından bloklandığını və heç bir məlumat ala bilmədiklərini qeyd edirlər.
Bu səbəbdən, müştərilərə və sosial media istifadəçilərinə, onlayn alış-veriş etmədən əvvəl diqqətli olmaları və yalnız etibarlı və rəsmi səhifələrdən alış-veriş etmələri tövsiyə edilir.

media-69a23795-e0a8-4772-83ac-25b3ece4b4b0 media-cd518203-ae04-4173-99ab-5333c6cb0615 media-1d3f7ba1-a1bc-4e7d-b7bc-dcdb04017fad


Bənzər xəbərlər