ABŞ, Azərbaycan, Ermənistan Nobel Sülh Mükafatına namizəd ölkələr arasında - Tramp "Sülh Prezidenti" adlandırıldı
ABŞ Prezidenti Donald Tramp Ağ Ev tərəfindən “sülh prezidenti” adlandırılıb.
Patrulaz.az Ağ Ev rəsmi hesabına istinadən xəbər verir ki, Nobel Sülh Mükafatına namizədliyini irəli sürən ölkələrin siyahısı açıqlanıb.
Siyahıya Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Kamboca Baş naziri Hun Manet, Qabon Prezidenti Brice Oliqui Nguema, İsrail Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruanda Xarici İşlər Naziri Oliver Nduhungirehe daxildir.
Qeyd edək ki, avqustun 8-də Ağ Evdə Tramp vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Sülh Bəyannaməsi imzalanmışdır.
Bundan əlavə, Tramp avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar aparacaq.






