media-inshot_20260507_105621000

Astronomlar qarşıdakı illərdə göy üzündə bir-birindən maraqlı və nadir astronomik hadisələrin müşahidə olunacağını açıqlayıblar.

Patrul.az xəbər verir ki, səmada bir neçə illərdə ard-arda “Mavi Ay”dan “Super Bənövşəyi Ay”a qədər diqqətçəkən mənzərələr yaranacaq.

Mütəxəssislərin hesablamalarına əsasən, yaxın illərin ən mühüm astronomik hadisələri artıq müəyyənləşib:

2026-cı il mayın 31-də “Təqvim üzrə Mavi Ay” baş verəcək. Həmin tarixdə bir təqvim ayı ərzində ikinci dəfə dolunay müşahidə olunacaq. Astronomiyada bu hadisə “Təqvim üzrə Mavi Ay” adlandırılır.

2027-ci il mayın 20-də isə yaz fəslinin üçüncü dolunayı qeydə alınacaq. Bu hadisə “Mövsümi Mavi Ay” kimi tanınır və daha nadir astronomik hadisələrdən hesab olunur.

Ən diqqətçəkən səma hadisəsinin isə 2028-ci ilin son günündə baş verəcəyi bildirilir. Belə ki, dekabrın 31-də eyni anda üç astronomik hadisə – Mavi Ay, Super Ay və Tam Ay tutulması müşahidə olunacaq. Astronomların sözlərinə görə, Ay həmin gecə Yerə daha yaxın mövqedə olacağı üçün daha böyük görünəcək. Tam Ay tutulması səbəbindən isə peyk qırmızımtıl rəngə bürünəcək.

Elm adamları bu nadir hadisələrin birləşməsini qeyri-rəsmi şəkildə “Super Bənövşəyi Ay” adlandırırlar.

Mütəxəssislər səma hadisələrini daha aydın müşahidə etmək üçün şəhər işıqlarından uzaq və açıq səmalı ərazilərə üstünlük verilməsini tövsiyə edirlər.


Bənzər xəbərlər