media-inshot_20250807_223845643

Papua Yeni Qvineyanın Yeni İrlandiya adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti (USGS) yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı can və ya mal itkisi qeydə alınmayıb, sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okeanın zəlzələlər və vulkanik aktivliklərlə tanınan “Alov halqası”nda yerləşir.


Bənzər xəbərlər