Bu bürcdə olan insanları əsəbiləşdirmək məsləhət görülmür
Astrologiyada elə bürclər var ki, əsəbiləşdikdə elə bil alovlara bürünürlər. Bu zaman onlar nə dediklərini, nə etdiklərini belə düşünmürlər. Belə vəziyyətlərdə onlarla qarşı-qarşıya qalmaq istəməzsiniz. Ona görə ki, qəzəbləndikləri zaman sərt və gözlənilməz reaksiya verə bilirlər. Məhz bu səbəbdən həmin bürclərlə ünsiyyətdə ehtiyatlı olmaq və onları əsəbləşdirməməyə çalışmaq olduqca vacibdir.
Bəs bu bürclər hansılardır?
Patrulaz.az ən tez hiddətlənən və emosional partlayışlara meylli altı bürcü təqdim edir:
Qoç (21 mart – 19 aprel)
Qoç bürcü tez alovlanan, impulsiv və rəqabətçi xasiyyətə malikdir. Onlar istədiklərini dərhal əldə etməyə çalışırlar və gözləmək məcburiyyətində qalanda əsəbiləşirlər. Əsəbi anlarda qışqırmaq, ani və sərt hərəkətlər etmək, nəzarəti itirmək kimi davranışlar göstərə bilirlər. Əslində bu bürcə sahib insanlar emiosional olur, yeri gəldikdə, yumşaq da davranmağı bacararılar. Amma haqsızlığa uğradıqda isə əsl qoç kimi insana hücum edirmiş kimi ədalət tələb edirlər. Qoç bürcü ən çox hiddətləndirən özəllik isə qarşı tərəfin onu saymaması və ya yalan danışaraq aldatmasıdır. Qoç bürcünə sahib olan bir çox insanın hissiyatı güclü olur, məhz buna görə də onlara yalan danışıldıqda, bunu bilir və tədbirini görür. Qoç bürcünə etibar edin, haqsızlıq etməyin və əsla yalan danışmayın.
Əqrəb (23 oktyabr – 21 noyabr)
Əqrəblər dərin emosional dünyaya malikdirlər, qısqanc və intiqamçı olurlar. Onların ən böyük əsəb səbəbləri aldadılmaq, xəyanət və hörmətsizlikdir. Əqrəb əvvəlcə hisslərini gizlədə bilər, lakin içində topladığı kin bir anda partlayışla nəticələnə bilər. Əqrəblərin çox güclü analiz etmə qabilliyyətləri vardır, məhz buna görə də onların gözündən heçnə qaçmır. Tez əsəbləşər, tez də sakitləşərlər. Kin tutmaq onlara görə deyil. Əksinə nifrət etdikləri adamlara üstünlüklərini göstərməyə çalışarlar.
Şir (23 iyul – 22 avqust)
Şir bürcü diqqət mərkəzində olmağı və liderliyi sevir. Onlara hörmətsizlik göstərildikdə və ya tənqid edildikdə asanlıqla əsəbiləşirlər. Bu zaman səhnə yarada bilər, emosiyalarını yüksək səslə ifadə edərək diqqəti yenidən üzərinə çəkməyə çalışarlar. Şirlər başqalarının fikrinə səbrlə qulaq asar, amma yenə də öz bildiklərini edərlər. Onlar daha çox qürurları qırıldıqları zaman əsl şir kimi nərildəyərək özlərini müdafiə etməyə çalışarlar. Şir bürcü nəinki özlərini, hətta sevdiklərini də başqasına yem etməz, onları da qorumaq üçün səslərini ucaldarlar. Çalışın, onlara səhv etməyin, çünki şirin gözündən bir dəfə düşsən, zərrəsini belə axtarmayacaq. Ən əsas məsələ, əsla bir şirə xəyanət etməyin. Bu zaman baş verənləri belə təssəvvür etmək çətin olar.
Xərçəng (21 iyun – 22 iyul)
Həssas və emosional olan xərçənglər ailə və yaxın insanlarla münasibətlərə böyük önəm verirlər. Onların duyğularına toxunmaq, incitmək və ya münasibətlərdə problem yaratmaq dərindən sarsıda bilər. Əvvəlcə susaraq incikliklərini gizləsələr də, birdən emosional partlayışla reaksiya verə bilərlər. Bir sözlə, “səbr kasası dolmaq” ifadəsi tam da bu bürcə sahib insanlara aiddir. Onlar uzaqdan səmimi və mehriban görünə bilərlər. Ancaq qarşısındakı çox sevdiyi insan belə olsa, hörmətsizlik və ya saymamazlıq etsə, o adam artıq onun həyatından səssizcə çıxmış olacaq.
Oğlaq (22 dekabr – 19 yanvar)
Oğlaqlar xasiyyətinə görə ciddi, məsuliyyətli və planlı şəkildə hərəkət edən insanlardır. Onların planlarının pozulması və qeyri-ciddi yanaşmalar əsəbləşməsinə səbəb olur. Daxilində emosiyalarını gizlətməyə çalışsalar da, bəzən sərt və kəskin sözlərlə fikirlərini ifadə edə bilirlər. Oğlaq bürcü ən çox hər şeyə başdansovdu yanaşan insanları gördükdə əsəbləşirlər. Çünki onlar üçün disiplin və sistematik olmaq hərşeydən önəmlidir.
Qız (23 avqust – 22 sentyabr)
Qız bürcü mükəmməlliyyətçi, tənqidi və detallara qarşı həssasdır. Nizamsızlıq, natamamlıq və məsuliyyətsiz davranışlar onları tez əsəbiləşdirə bilər. Bu hal özünü narazı ton, sarkazm və insanları daim düzəltmək istəyi ilə göstərə bilər. Onlara nəyisə səhv etdiyini demək, özü böyük bir səhv olar. Çünki qız bürcünə sahib insanların bir çoxu düşünürlər ki, bütün addımları doğrudur və daima haqq yolunda irəliləyirlər. Onlar çox şeyi sorğulayır və nöqsan aşkarladıqları zaman isə qarşı tərəfə bunu sübüt etmək üçün dayanmadan dil-boğaz edərlər. Qız bürcü ilə yaxşı münasibətinizin olmasını istəyirsinizsə, məsləhətlərini dinləyin, səhvinizi isə qəbul edin.
Gülbəniz Səfərova