media-inshot_20260417_151122720

Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı görüntülər sosial mediada yayılıb. Videoda azyaşlı uşağın avtomobilin ön oturacağında təhlükəsizlik kəməri olmadan əyləşdirildiyi, sürücünün isə hərəkət zamanı diqqəti yayındıracaq davranışlar sərgilədiyi əks olunur. Bu hal ictimaiyyətdə narazılıq doğurub. 

Bu kimi hallarda sürücünün və eyni zamanda azyaşlının təhlükəsizliyini riskə atan şəxsin qanunvericilik qarşısında məsuliyyəti necə müəyyən olunur və hansı hüquqi tədbirlər görülə bilər?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, bu cür hallar yol hərəkəti qaydalarının kobud pozuntusu sayılır və inzibati məsuliyyətə, o cümlədən cərimə və cərimə ballarına səbəb olur: 

“Belə hallarda məsuliyyət bir neçə istiqamətdə qiymətləndirilir və kifayət qədər ciddidir. İlk növbədə qeyd edim ki, yol hərəkəti qaydalarının bu şəkildə pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Azyaşlı uşağın ön oturacaqda təhlükəsizlik kəməri olmadan daşınması, eyni zamanda sürücünün diqqəti yayındıran davranışlar sərgiləməsi inzibati xəta hesab olunur və buna görə cərimə, həmçinin sürücülük hüququ üzrə cərimə balları tətbiq edilə bilər”.

media-img-20260331-wa0041

Vəkil qeyd edir ki, real təhlükə varsa, bu artıq cinayət məsuliyyəti yaradır:

“Lakin məsələ bununla məhdudlaşmır. Əgər bu davranış uşağın həyat və sağlamlığı üçün real təhlükə yaradıbsa, artıq məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi müstəvisində də qiymətləndirilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər