Bu dəfə düyüdən robot düzəltdilər
Alimlər adi mətbəx məhsulu olan düyü filo xəmirindən robot hissələri hazırlayaraq, yumşaq robot texnologiyalarında yeni bir səhifə açıblar.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Bristol Universitetinin Elm və Mühəndislik Fakültəsinin tədqiqatçıları Vyetnam mətbəxində istifadə olunan düyü xəmirinin silikon qədər davamlı, eyni zamanda bioloji parçalana bilən, zərərsiz və hətta yeyilə bilən bir material olduğunu sübut ediblər. Bu da onu həm robot istehsalı, həm də ekoloji baxımdan üstün alternativə çevirir.
“Bu iş hər kəsə davamlı şəkildə öz evində yumşaq robototexnika ilə təcrübə aparmağa imkan verir. Biz elmi yaradıcılığı da dəstəkləyən əlçatan material təklif edirik”, – deyə tədqiqatın aparıcı müəllifi Christine Braganza bildirib.
Qeyd edək ki, alimlər bu texnologiyanın gələcəkdə kənd təsərrüfatında toxum əkini, meşə bərpası və hətta kulinariya kimi sahələrdə tətbiq oluna biləcəyini vurğulayırlar. Yeni sistem 2027-ci ildə IEEE 8-ci Beynəlxalq Yumşaq Robotik Konfransında “Biodegradable Soft Robotic Actuators-un davamlı istehsalı” adlı məqalə ilə təqdim ediləcək.
Gülbəniz Səfərova