media-inshot_20250619_232859013

Fransa sahillərində Aralıq dənizinin dərinliyində görünüşcə maraqlı və nadirən rast gəlinən gəmi qalıqları tapılıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, bu gəminin Aralıq dənizinin 2567 metr dərinliyində XVI əsrə aid ticarət məqsədilə istifadə edildiyi bildirilib. Lakin gəmi qəzaya uğraması səbəbilə suyun dərinliyinə düşüb.

Qalıqlar Fransa Hərbi Dəniz Qüvvələrinin dəniz dibində apardığı araşdırma zamanı tapılıb. Gəminin uzunluğu təxminən 30 metr, eni isə 7 metrdir. Araşdırmalara görə, gəminin vaxtilə İtaliyadan çıxan ticarət gəmisi olduğu ehtimal edilir. Çünki onun ətrafında yüzlərlə qədim saxsı qab, yazılar, xristian işarələri və hətta toplar da tapılıb. Bəzi qabların üzərində hələ də rənglər və naxışlar qalır.

Araşdırmaçılar deyirlər ki, bu gəmi Fransa sularında indiyə qədər tapılan ən dərin sualtı tapıntıdır və yaxşı vəziyyətdə qalıb

Tapılan gəmi üzərində araşdırmalar aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər