media-95795b2e-a379-4c6d-ab01-7131bae3ef6a

Bakı-Sumqayıt şossesinin Biləcəri dairəsi istiqamətində, köməkçi yolun döngədə olan hissəsinə yerləşdirilən beton sürücülər üçün ciddi təhlükə yaradır.
Patrulaz.az-a verilən məlumata görə, beton döngənin yerləşdirilməsi geri dönüş edən avtomobillər üçün çətinliklərə səbəb olur, xüsusilə yolun sağ hissəsinin çökərək pis vəziyyətə düşməsi nəticəsində sürücülər məcbur olub əks yola çıxır və bu da dəfələrlə qəzaların baş verməsinə səbəb olub. Yolun yenidən asfaltlanması, bərpası və xətlərin çəkilməsi vacibdir. Hazırda bu hissədə xətt işarələri də yoxdur və bu halda qəzalara şərait yaradan nüanslardan biri hesab edilə bilər ki, avtomobillər əks istiqamətdə sürətlə hərəkət edərək qəza şəraiti yaradırlar. Sürücülərdən bir çoxu bu vəziyyətə görə narahatdır və məsul səxslərin dərhal tədbir görməsini xahiş edirlər.


Bənzər xəbərlər