media-inshot_20260407_163605721

“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və bir daha geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, lakin çox güman ki, baş verəcək”.

Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial platformasındakı paylaşımında deyib.

Tramp daha sonra 1979-cu il İslam İnqilabından bəri davam edən rejimin şantaj, korrupsiya və ölüm dövrünün nəhayət sona çatacağını vurğulayıb:

“47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq. İranın böyük xalqına Tanrı kömək olsun!”.

Qeyd edək ki, ABŞ-nin “Güc Stansiyaları Günü” və “Körpü Günü” adlandırdığı plan çərçivəsində İranın bütün energetika sisteminin və strateji körpülərinin hədəfə alınacağı gözlənilir.


Bənzər xəbərlər