media-img_9184

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib. Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluğun ifadə olunduğu və əlaqələrimizin perspektivləri haqqında müzakirələr edildiyi bu görüşün ölkəmiz üçün əhəmiyyəti barədə siyasi şərhçi Vüqar Əhmədov Patrulaz.az-a fikirlərini bölüşüb:

“Antalya Diplomatik Forumunda Azərbaycan dövlət başçısının iştirakı, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanla görüşü indiki məqamda olduqca önəmlidir və mühüm əhəmiyyət daşıyır. Belə ki, bu gün iki ölkə arasında gündəlikdə bir çox məsələlər durur. Regional məsələlər iki ölkə arasında aparılan danışıqlar və sıx təmaslar nəticəsində öz həllini tapır. Türkiyə üçün Suriyada sabitliyin və sülhün qorunub saxlanması önəmli məsələlərdən biridir. Azərbaycan bu istiqmətdə qardaş Türkiyəyə bütün mümkün olan dəstəyi göstərir”.

media-0cf02e41-0510-42ab-a8cc-63c3988bf8bc
O bildirib ki, Suriyanın yenidən qurulması və sülhün qorunub saxlanmasında Azərbaycan regional dövlət olaraq fəal iştirak edərək böyük humanitar yardım göstərib:

“Yaxın Şərqdə gedən proseslər, bu istiqamətdə mövcud olan diplomatik təmaslarda Azərbaycan fəal şəkildə iştirak edir. Ümumiyyətlə Azərbaycan türk dünyasının güclənməsi, Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə töhfə verən ölkələrdən sayılır, bu yaxınlarda ADA-da keçirilən Siyasi Forumda cənab Prezidentin Şimali Kipr Türk Cümhuriyyətinə ifadə etdiyi dəstək bunu bir daha nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında istənilən ölkələr arasında ələqələrin inkişafı, qarşılıqlı dəstəyin nümayiş etdirilməsi, Zəngəzur dəhlizi məsələsi və iki ölkə arasında digər regional kommunikasiya və nəqliyyat qovşaqları bu gün gündəlikdə duran məsələlərdən hesab olunur. Xüsusən indiki, türk dövlətləri arasında yaxınlaşmanın olduğu, bu təşkilatın gücləndiyi bir dövrdə biz digər siyasi mərkəzlərdən əks həmlələrin və qısqanclıqların şahidi oluruq. Bu baxımdan qardaş ölkələrin diplomatları, ölkə başçıları arasında mövcud olan sıx təmaslar nəinki iki ölkə və region, ümumilikdə Türk Dünyası, Yaxın Şərq baxımından regional əhəmiyyətə malikdir”.

Politoloqun sözlərinə görə, bu gün iki ölkə arasında ticari-iqtisadi-mədəni əlaqələrin inkişafı və bunun tərkib hissəsi olan regional layihələrin inkişaf etdirilməsinə, bunu TDT kimi regional təşkilatlar çərçivəsində inkişaf etdirməyə daha çox ehityac var:

“Bütün bunlar iki ölkə arasında siyasi dialoq və məsləhətləşmələrin palitrasının nə qədər geniş olduğunu bir daha nümayiş etdirir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan və Türkiyənin bölgədə yürütdüyü siyasət aktiv diplomatik dialoqa, sülhə, iqtisadi əlaqələr və xalqlar arasında mədəni münasibətlərin inkişıfına çox mühüm töhfə verir”.

Ləman Sərraf


Bənzər xəbərlər