media-inshot_20250819_114657041

“Putin və Trampın görüşü baş tutsa da, nəticələrə baxdıqda Moskvanın istədiyi məqsədlərə nail ola bilmədiyi aydın görünür. Görüş öncəsi Kreml böyük gözləntilər formalaşdırmışdı, xüsusən də Ukrayna məsələsində güzəştlər qoparmaq, Qərb sanksiyalarını yumşaltmaq və Rusiya ilə ABŞ arasında müəyyən “bərabərlik görüntüsü” yaratmaq. Lakin bütün bunların heç biri baş vermədi”.

Bu fikirləri politoloq Züriyə Qarayeva Patrulaz.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, əksinə görüşdən sonra beynəlxalq mətbuatda və siyasi dairələrdə daha çox Trampın mövqeyinin gücləndiyi, Avropa liderlərinin də Vaşinqton ətrafında sıxlaşdığı görüntüsü yarandı:

media-img-20250819-wa0004

“Bu isə o deməkdir ki, Kreml nəinki diplomatik qələbə qazana bilmədi, əksinə, özünün təcrid olunmuş vəziyyətini bir qədər də açıq göstərmiş oldu.

Putin üçün ikinci böyük itki – imic zərbəsidir. Əvvəlki illərdəki kimi “güclü lider” obrazı formalaşmadı, əksinə, mətbuat konfransındakı qısa çıxışlar və sərt ritorikanın nəticəsiz qalması Rusiyanın əlini zəif göstərdi. Tramp isə bu görüşdən Qərbi birləşdirən lider kimi çıxdı”.

“Nəticə etibarilə, Putin bu görüşdə həm siyasi, həm də diplomatik müstəvidə uduzmuş göründü. Onun məqsədləri boşa çıxdı, Moskva isə hələ də real kompromis və ya qazancla masadan qalxmadı”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər