media-img_3258

Bu gün Ağdam Şəhəri Günü qeyd olunur.

2020-ci ildə Vətən müharibəsində işğaldan azad edilən Ağdam həmin vaxt beynəlxalq mətbuatda “Qafqazın Xirosiması” adlandırılmışdı. Şəhərin dağıntılarla dolu mənzərəsi bu bölgənin uzun illər ərzində hansı miqyasda vandalizmə məruz qaldığını açıq şəkildə göstərirdi.

Lakin son beş il ərzində Ağdamda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilib. Şəhərin infrastrukturu sıfırdan qurulub, yol-nəqliyyat şəbəkəsi, enerji xətləri, su və kommunikasiya sistemləri bərpa edilib. Paralel olaraq kəndlərdə də yaşayış üçün zəruri sosial və iqtisadi infrastruktur yaradılıb.

Hazırda Ağdama əhalinin mərhələli şəkildə qayıdışı davam edir. Yeni salınmış yaşayış massivləri, məktəblər, tibb məntəqələri və digər sosial obyektlər sakinlərin rahat şəkildə məskunlaşması üçün nəzərdə tutulub. Ağdamın sürətli dirçəlişi işğaldan azad olunmuş bütün ərazilərin bərpası üçün mühüm nümunə hesab olunur.

Ağdam Şəhəri Günü həm işğal dövrünün acı xatirələrini, həm də yenidənqurulan şəhərin inkişaf yolunu xatırladır. Bu gün Ağdam təkcə dağıntıların simvolu deyil, eyni zamanda quruculuğun, iradənin və qayıdışın şəhərinə çevrilir.

Patrul.az


Bənzər xəbərlər