media-inshot_20250610_201730309

Milli Qurtuluş Günü münasibətilə 3 gün ardıcıl istirahət olacaq.

Patrulaz.az xəbər verir ki, bu il 15 iyun – Milli Qurtuluş Günü bazar gününə düşür.

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, bayram günü istirahət gününə təsadüf etdikdə növbəti iş günü qeyri-iş günü sayılır. Bu səbəbdən 16 iyun da istirahət günü olacaq.

Bundan əlavə, 14 iyun şənbə gününə təsadüf etdiyindən ardıcıl olaraq 14, 15 və 16 iyun tarixlərində iş olmayacaq.


Bənzər xəbərlər