media-inshot_20250730_082205455

Bu gün Türkiyə və Rusiyada ard-arda güclü zəlzələlər baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin Konya şəhərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli vaxtla 06:40-da (Bakı vaxtı ilə 07:40) baş verən yeraltı təkanların dərinliyi 15,6 kilometr olub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alan yoxdur.

Rusiyada isə daha güclü zəlzələ baş verib.

Severo-Kurilsk şəhəri yaxınlığında 7,9 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə ilə əlaqədar sunami təhlükəsi elan edilib və bölgədə yaşayan sakinlər təxliyə olunur.

Bundan əlavə, Kamçatka bölgəsində də 7-8 bal gücündə yeraltı təkanlar hiss olunub. İlkin məlumata görə, uşaq bağçalarından birinin divarı uçub, lakin xəsarət alan yoxdur.

Zəlzələdən sonra  sunami xəbərdarlığı elan olunub.

Hazırda hadisələrin nəticələri qiymətləndirilir, müvafiq qurumlar ərazidə fəaliyyətlərini davam etdirirlər.


Bənzər xəbərlər