Bu komandaya qarşı oynamaq istəmədi
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo çıxış etdiyi “Əl-Nəsr” klubunda gözlənilməz qərar verib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı Pro Liqasının növbəti turunda “Ər-Riyad”la keçiriləcək oyunda meydana çıxmayacağını açıqlayıb.
Məlumata görə, Ronaldonun bu qərarı Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr” klubunu digər klublarla müqayisədə idarəetmə tərzindən narazı qalması ilə bağlıdır. Futbolçunun klubun transfer pəncərəsi dövründə kifayət qədər investisiya qoymamasından da məmnun olmadığı bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad” klubları Səudiyyə Ərəbistanı İnvestisiya Fondu tərəfindən idarə olunur.
Xatırladaq ki, cari mövsümdə 22 oyunda meydana çıxan Kriştiano Ronaldo 18 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Gülbəniz Səfərova






