Bu məktəbin qarşısında qəzalı vəziyyətdə olan ağaclar hər an insanların üzərinə aşa bilər - VİDEO
Gəncə şəhərində 32 saylı orta məktəbin qarşısında qəzalı vəziyyətdə olan ağaclar məktəblilərin və ərazidən keçən vətəndaşların həyatını risk altına qoyur.
Patrulaz.az-a blogger Kamil Qasımovun təqdim etdiyi kadrlara əsasən, Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən 32 saylı məktəbin qarşısında iki iri ağacın qurumuş və qəzalı vəziyyətdə olması ərazidə təhlükəli vəziyyət yaradıb.
Ağaclardan biri birbaşa avtobus dayanacağının yanında yerləşir və nəqliyyat vasitəsini gözləyən vətəndaşlar qorxu içindədirlər.
Blogerin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara məlumat verilib, lakin heç bir tədbir görülməyib.
Qeyd edək ki, məktəb rəhbərliyi də ağacların təhlükəli vəziyyəti ilə bağlı rəsmi qurumlara müraciət edib, lakin onların da çağırışları nəticəsiz qalıb. Sakinlər və valideynlər tezliklə qəzalı vəziyyətdə olan ağaclar barəsində tədbir görülməsini xahiş edirlər.
Gülbəniz Səfərova






