Bu ölkə "Günəşi qaraltmaq" üzərində işləyir
Qlobal istiləşməni yavaşlatmaq məqsədilə ABŞ-də “Günəş geomühəndisliyi” adlandırılan yeni təcrübələr həyata keçirilir.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, bu üsul Yerə çatan günəş işığının miqdarını azaltmaqla planeti soyutmaq məqsədi daşıyır.
Məlumata görə, Vaşinqton Universitetinin alimləri ötən il Kaliforniyada “Buludun işıqlandırılması” adlı təcrübəyə başlayıblar. Layihənin məqsədi atmosferdə hissəciklər yayaraq günəş şüalarının bir hissəsini kosmosa əks etdirmək olub.
Bu sahədə gizli aparılan təcrübələr ictimai narahatlığa və sui-qəsd nəzəriyyələrinə səbəb olur. Elmi dairələrin bir hissəsi bu cür müdaxilənin müvəqqəti həll yolu olduğunu bildirir və iqlim dəyişikliyinin əsas səbəblərinə, xüsusilə də qalıq yanacaq istifadəsinə qarşı mübarizənin daha prioritet olduğunu vurğulayır.
Qeyd edək ki, “Günəşi qaraltmaq” dedikdə, Yerə çatan günəş işığını süni şəkildə azaltmaq deməkdir. Məqsəd, iqlim dəyişikliyi ilə mübarizə aparmaq, yəni planetin qızmasını yavaşlatmaqdır.
Gülbəniz Səfərova






