Ankarada təlim helikopteri qəzaya uğradı: Yaralılar var
Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb.
Patrul.az xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunun Temelli qəsəbəsi yaxınlığında baş verib.
Belə ki, TUSAŞ-a məxsus R44 tipli təlim helikopteri səhər saatlarında uçuş bərpa etdikdən qısa müddət sonra boş bir tarlaya düşərək qəzaya uğrayıb.
Məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Lakin helikopterdə olan iki pilot xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Onlar təcili tibbi yardım briqadası tərəfindən yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər, polis əməkdaşları və xilasedicilər cəlb edilib.
Hazırda müvafiq araşdırma komissiyası helikopterin texniki nasazlıq səbəbindən, yoxsa hava şəraiti ilə əlaqədar qəzaya uğradığını müəyyən etmək üçün genişmiqyaslı təhqiqat aparır.

Gülbəniz Səfərova





