Bu ölkə mənzillərdə insanları dəfn etməyi qadağan edəcək
Çin hakimiyyəti çoxmərtəbəli binalardakı mənzillərdə ölmüş yaxınlarını dəfn etməyi qadağan edəcək. Qadağa martın 31-dən qüvvəyə minəcək.
Patrul.az “Financial Times”a istinadən xəbər verir ki, Çində son illərdə “ küllər mənzilləri” praktik geniş yayılıb – ailələr ölmüş yaxınlarının küllərini xüsusi alınmış mənzillərdə saxlamağa üstünlük verirlər. Bu tendensiya əhalinin yaşlanması və daşınmaz əmlak bazarındakı qiymətlərin düşməsi ilə əlaqələndirilir.
Boş mənzillərin alınması bəzən qəbir yeri almaqdan daha sərfəli olur, çünki şəhərlərdə qəbir yerlərinin qiymətləri yüksəkdir. “SunLife” sığorta şirkətinin 2020-ci il hesablamalarına görə, Çin dünyada Yaponiyadan sonra dəfn xərcləri ən baha olan ölkələr sırasındadır. Burada 1 qəbrin orta hesabla qiyməti 37,4 min yuan (təxminən 5,4 min ABŞ dolları) təşkil edir.
Kaliforniya Universitetinin araşdırmaçısı Sinya Vu bildirir ki, məkanın yaşamaq üçün dəyəri qalmadıqda, insanlar ona yeni bir dəyər verir: “Bir çoxu üçün bu, ölmüş yaxınlarının küllərini saxlamaqdır”.
Tədqiqatçının fikrincə, bəzi ailələr, xüsusən də “güclü klan dəyərlərinə və ya bir neçə daşınmaz əmlaka sahib olanlar qadağaya baxmayaraq belə etməyə davam edəcəklər.
Aynur Nadirqızı






