media-inshot_20250730_225404372

Avstraliya hökuməti sosial şəbəkələrdə azyaşlıların təhlükəsizliyini təmin etmək məqsədilə 16 yaşdan kiçik uşaqlara YouTube hesabı yaratmağı qadağan edib.

Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, ölkədə keçirilən son sorğu nəticəsində yetkinlik yaşına çatmayanların 37 %-nin YouTube-da zərərli və mənfi məzmunla qarşılaşdığı məlum olub. Bu göstərici digər sosial platformalarla müqayisədə ən yüksək nəticə kimi qəbul edilib.

Baş nazir Entoni Albanese bu addımın uşaqları onlayn təhlükələrdən qorumaq üçün atıldığını vurğulayıb:

“Uşaqlarımızın rifahı hər şeydən önəmlidir. Sosial media şirkətləri artıq məsuliyyətlərini dərk etməli və daha təhlükəsiz mühit yaratmalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, yeni qayda dekabr ayında qüvvəyə minəcək və Facebook, Instagram, TikTok, Snapchat kimi digər platformalara da şamil olunacaq.


Bənzər xəbərlər