Bu ölkədə 17 nəfəri öldürən fil üçün dronlar və qrup cəlb olundu
Hindistanda son bir neçə ay ərzində 17 nəfəri tapdalayaraq öldürən filin axtarışları davam edir.
Patrul.az xarici KİV-ə stinadən xəbər verir ki, fili tapmaq üçün dronlar və 80 nəfərlik axtarış qrupu səfərbər olunub.
Hakimiyyət orqanları vətəndaşları xüsusilə gecə saatlarında evdə qalmağa çağırıb, çünki fil hələ də təhlükəli hesab olunur.
Məlumata görə, filin hücumları yalnız insanların həyatına təhlükə yaratmır, eyni zamanda nəqliyyatın hərəkətinə də ciddi təsir göstərib. Hətta bəzi qatarlar bu səbəblə fəaliyyətini dayandırmalı olub.






