media-inshot_20250909_102500171

Nepal hökuməti etirazlarda 19 nəfərin ölümündən sonra sosial media qadağasını ləğv edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, kütləvi etirazlardan sonra Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Gurung hökumətin keçən həftə tətbiq etdiyi qadağanın ləğv edildiyini açıqlayıb.

“Biz sosial medianın bağlanmasını geri götürdük. Onlar indi işləyirlər”, – deyə nazir bildirib.

Xatırladaq ki, iyul ayında hökumət onlayn fırıldaqçılıq və çirkli pulların yuyulmasını əsas gətirərək “Telegram” messencerini bloklamışdı.

Sentyabrın əvvəlində isə “Facebook”, “WhatsApp”, “Instagram”, “LinkedIn”, “YouTube” və “X” daxil olmaqla, ümumilikdə 26 sosial media platformasına giriş bağlanmışdı. Rəsmilər bu platformalara qeydiyyat üçün bir həftə vaxt vermiş, tələblərə əməl olunmadığı üçün onların bloklanacağını bildirmişdi.

Lakin bu qadağa ölkədə ciddi narazılıqlarla səbəb olub. Bazar ertəsi minlərlə gənc sosial media qadağasına və korrupsiya iddialarına etiraz etmək üçün küçələrə çıxıb. Etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 19 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Polis etirazçılara qarşı canlı atəş açıb, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Paytaxt Katmanduda parlament binasına daxil olan nümayişçilər polislə üz-üzə gəldikdən sonra şəhərin bəzi hissələrində komendant saatı elan olunub.

media-inshot_20250909_102225817

media-659668e2-df84-4626-ae84-0d9d254ab7ec media-b366c71f70e556776f97d520d541331185b7ba38 media-afp_68becadc13b2-1757334236 media-123765051 media-002323cb-500 media-nepal-lifts-social-media-ban-after-19-die-in-gen-z-protests media-rwrizhm4xfjpfcrcffeonxlhba

media-img_20250909_095542_357 media-reuters_68be92a0-1757319840 media-afp_68bea7faefb8-1757325307 media-reuters_68be92a4-1757319844 media-ap25251460287482-1757337992


Bənzər xəbərlər