media-inshot_20260126_110434803

Filippinə yaxın adalardan biri ərazisində göyərtəsində 350-dən çox sərnişin olan gəmi batıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində 15 nəfər həlak olub.

Hazırda yayılan görüntülərdə sağ qalan sərnişinlərin xilasedicilər tərəfindən dənizdən çıxarıldığı əks olunub. Bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

İlkin məlumata görə, hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Bildirilir ki, gəmi gecə saatlarında batıb ki, bu da xilasetmə işlərini çətinləşdirib.

Qeyd edək ki, Filippin arxipelaqında dəniz qəzaları tez-tez qeydə alınır. Buna əsas səbəblər kimi tez-tez baş verən fırtınalar, gəmilərin texniki baxımsızlığı, həddindən artıq sıxlıq və xüsusilə ucqar bölgələrdə təhlükəsizlik qaydalarına zəif nəzarət göstərilir.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər