media-inshot_20260114_114548051

Taylandda sərnişin qatarının hərəkəti zamanı ağır bədbəxt hadisə baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin şimal-şərqində hərəkətdə olan sərnişin qatarının üzərinə kran aşıb.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər ölüb, 64 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qatarda ümumilikdə 195 nəfərin olduğu bildirilir.

Hazırda hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları tərəfindən xilasetmə işləri aparılır.

Qeyd edilir ki, qəza zamanı qatarın üzərinə düşən kran yüksək sürətli dəmir yolu xəttinin inşasında istifadə olunub.


Bənzər xəbərlər