media-img-20250902-wa0005

Yaponiya hökuməti son aylarda intensivləşən ayı hücumlarına cavab olaraq silah qanunlarına mühüm dəyişiklik edib. 

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, şəhər və qəsəbə rəsmiləri ovçulara fövqəladə hallarda yaşayış məntəqələrində tüfəngdən istifadə etməyə icazə verə biləcəklər. Bu addım ciddi silah nəzarəti qanunları ilə tanınan Yaponiyada ov tüfənglərinin daha əlçatan edilməsinə gətirib çıxarır.

Apreldən bəri Yaponiyada ayı hücumları nəticəsində 4 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Avqust ayında Hokkaydoda alpinistə, iyulda isə əlillər mərkəzinin yaxınlığında qadına ayı hücum edib. Həmin ayda qolf turniri meydançada ayı göründüyü üçün dayandırılıb. İyunda isə regional hava limanının uçuş-enmə zolağında ayı kameralara düşüb.

2024-cü ildə ümumilikdə 85 nəfər ayı hücumlarından xəsarət alıb, 3 nəfər ölüb. Həmin dövrdə 5136 ayı öldürülüb ki, bu da əvvəlki ilin 9 minlik göstəricisindən xeyli azdır.


Bənzər xəbərlər