Bu ölkədə narkotik əməliyyatı keçirən helikopter və avtomobil partladıldı - FOTOLAR
Kolumbiyada eyni anda dəhşətli hadisə baş verib.
Patrulaz.az “SKY News”a istinadən xəbər verir ki, şəhərdə avtomobil partlaması və polis helikopterinə edilən hücum nəticəsində 17 nəfər həlak olub.
Məlumata görə, partlayıcılarla dolu avtomobil hərbi aviasiya məktəbinin yaxınlığında partlayıb. Hadisə nəticədə 5 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Eyni zamanda, Kolumbiyanın şimalındakı Antiokiya bölgəsinə personal daşıyan helikopter, koka yarpaqları üzərində əməliyyat apararkən hücuma məruz qalıb və 12 nəfər ölüb.
Kolumbiya prezidenti Qustavo Petro partlayışları qəsdən törədilmiş hücum adlandırıb:
“Hər iki insident Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) dissidentləri ilə əlaqəlidir. Helikopter, Körfəz Klanına aid olduğu iddia edilən kokain müsadirəsinə cavab olaraq hədəf alınıb”.
Qeyd edək ki, bu hücumlar ölkədə kokain istehsalı ilə mübarizə aparan səlahiyyətlilərə qarşı yönələn ən son zorakı əməliyyatlardır və bölgədə təhlükəsizlik vəziyyəti hələ də gərgindir.







