media-inshot_20250718_115514985

Cənubi Koreyada güclü leysan yağışları nəticəsində 4 nəfər ölüb, 1300-dən çox insan isə təhlükəli ərazilərdən təxliyə olunub.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, ölkənin bir sıra bölgələrində yağıntılar fəlakət həddini keçib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yolların və yaşayış evlərinin su altında qaldığı, avtomobillərin axınla sürükləndiyi, mebel və digər əşyaların suda üzdüyü əks olunub.

Rekord səviyyədə qeydə alınan yağıntılar hökuməti hava ilə bağlı fövqəladə xəbərdarlıq səviyyəsini maksimuma qaldırmağa məcbur edib.

Hava proqnozlarına görə, qeyri-mövsümi yağışların və daşqın təhlükəsinin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər