Gecə saatlarından "İphone 17" almaq üçün gözləyənlər arasında dava düşdü - VİDEO
Hindistanda iPhone 17 almaq istəyənlər arasında dava düşüb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, texnologiya nəhəngi Apple Hindistanın müxtəlif şəhərlərində yeni iPhone 17 modelinin satışına başlayıb. Telefonu əldə etmək istəyən yüzlərlə şəxs gecədən etibarən mağazaların qarşısında uzun növbələrdə gözləyib.
Lakin şirkətin Mumbai şəhərindəki satış mərkəzində vəziyyət nəzarətdən çıxıb. Növbədə dayananlar arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib, tərəflər bir-birinə yumruq atıblar.
Hadisəyə mağazanın mühafizəçiləri müdaxilə edib. Təhlükəsizliyin təmin olunması məqsədilə əraziyə polis əməkdaşları çağırılıb.






