Bu ölkədə güclü yağıntılar səbəbiylə 122 mindən çox insan təxliyə edildi
Yaponiyanın Kirişima şəhərində yağan aramsız leysan yağışlar səbəbindən 122 mindən çox insan təxliyə edilir.
Patrulaz.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Avqustun 8-i, cümə günü səhər saatlarında əhali üçün “fövqəladə təhlükəsizlik” səviyyəsində xəbərdarlıq elan olunub.
Məlumata görə, cəmi yarım gün ərzində şəhərin bəzi ərazilərinə bir ay yarım ərzində düşən yağıntı yağıb. Təbii fəlakət nəticəsində artıq iki nəfərin xəsarət aldığı bildirilir.
Xatırlada ki, avqustun əvvəlində Rusiyanın Kabardin-Balkariya bölgəsində yerləşən Tırnyauz şəhərində baş verən güclü sel nəticəsində də 300-dən çox insan evakuasiya olunmuşdu.
Gülbəniz Səfərova






