Bu ölkədə könüllü şəkildə intihara icazə verildi
Sloveniya parlamenti ölümcül xəstəlikdən əziyyət çəkən şəxslərə könüllü şəkildə həyatlarına son qoymaq imkanı verən tarixi qanunu təsdiqləyib.
Patrulaz.az “Nexta Live” telegram kanalına əsasən xəbər verir ki, yeni qanuna əsasən, sağalmaz xəstəliyi olan pasiyentlər xüsusi şərtlər daxilində həkim nəzarəti ilə tətbiq olunan öldürücü inyeksiya vasitəsilə könüllü şəkildə həyatlarına son qoya biləcəklər.
Prosesə başlamazdan əvvəl xəstənin müraciəti müstəqil həkim, psixiatr və xüsusi komissiya tərəfindən hərtərəfli qiymətləndiriləcək. Qərarın qəbulunda pasiyentin şüurunun yerində olması və qərar vermə qabiliyyəti əsas meyarlar sırasında yer alır.
Qeyd edək ki, qanun həmçinin tibb işçilərinə yardımlı intiharda iştirakdan imtina etmək hüququ verir.
Gülbəniz Səfərova






