media-inshot_20250916_084335297

Zambiyada prezident Hakainde Hiçilemaya sehr etməkdə təqsirləndirilən iki nəfər məhkəmə tərəfindən ümumilikdə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zambiya vətəndaşı Leonard Phiri və Mozambik vətəndaşı Jasten Mabulesse Candunde Lusaka Sülh Məhkəməsində günahkar biliniblər. Onların prezidentə zərər vermək məqsədilə ovsunlamağa cəhd etdikləri təsdiqlənib.

Araşdırmalar nəticəsində məlum olub ki, müttəhimlər ötən il soyğunçuluqda ittiham edilərək saxlanılan müxalifətçi deputat Emmanuel Bandanın qardaşı Nelson Banda tərəfindən təxminən 80 min dollara işə götürülüb.

Məhkəmə hər iki şəxsi həm qanunsuz sehrli maddələr saxlamağa görə iki il, həm də cadugərlik ittihamına görə altı ay azadlıqdan məhrum edib.

Phiri və Candunde ötən ilin 20 dekabrında Hiçilemaya sehr etmək cəhdi ilə saxlanılmışdılar

media-g7d6rb2qcuk1g2awynwxv6zq2vpnh19aqnzkhup4_1200


Bənzər xəbərlər