Bu ölkədə robotlar arasında futbol matçı keçirildi - VİDEO
Pekində ilk dəfə robotlardan ibarət futbol matçı keçirilib.
Patrulaz.az “Associated Press”ə istinadla xəbər verir ki, Çinin paytaxtı Pekində dörd insanabənzər robot komandası 3-ə 3 formatında, tamamilə süni intellektlə idarə olunan futbol qarşılaşmasında üz-üzə gəliblər.
Matç heç bir insan müdaxiləsi olmadan h keçirilib.
Bu matç Pekində keçiriləcək Ümumdünya Humanoid Robot Oyunlarından əvvəl ilk sınaq kimi təşkil olunub.
Məlumata görə, avtonom hərəkət və strategiya imkanları ilə təchiz edilən robotlar topu izləmək, meydanı oxumaq və yıxıldıqda yenidən ayağa qalxmaq bacarığına malik olublar. Lakin buna baxmayaraq, bəzi robotlar zəndələndikdə əsl futbolçular kimi meydançadan xərəkdə çıxarılıblar.
Qeyd edək ki, Çin süni intellekt və robot texnologiyalarını inkişaf etdirmək məqsədilə idmanı real sınaq meydanı kimi aktiv şəkildə istifadə edir. Ən maraqlısı da odur ki, son illərdə ölkənin kişi futbol komandası gözləntiləri qarşılamasa da, robot həmkarları artıq texnologiya və innovasiya baxımından tamaşaçıların rəğbətini qazanmağa başlayıb.
Həmin maraqlı görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova