media-inshot_20250801_233823542

Cənubi Afrikada ənənəvi sünnət mərasimi faciə ilə nəticələnib.

Patrulaz.az “Daily Mail”ə istinadla xəbər verir ki, Xosa tayfasının təşkil etdiyi mərasimdə 39 yeniyetmə oğlan ölüb.

Məlumatlara görə, kütləvi sünnət zamanı bir cərrahın eyni bıçaqla bir neçə nəfəri əməliyyat etməsi infeksiya və qan zəhərlənməsinə səbəb olub. Həkim səhlənkarlığı və gigiyenik qaydalara əməl edilməməsi ölüm hallarını artırıb.

Qeyd edək ki, bu cür mərasimlər Xosa tayfasında qədimdən bəri davam edən ciddi bir adət-ənənə hesab olunur. Lakin həkimlərin qeyri-peşəkarılığına görə hər il bu mərasimlər zamanı onlarla ölüm hadisəsi baş verir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər