Bu ölkədə təcili yardım sisteminin çökməsi yüzlərlə xəstəni çarəsiz qoydu
Avstraliyada təcili tibbi yardımın kommunikasiya şəbəkəsində yaranan ciddi nasazlıq nəticəsində bir uşaq da daxil olmaqla üç nəfər həlak olub.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən iri telekommunikasiya şirkətlərindən biri olan Optusun 13 saatlıq xidmət dayanması səbəbindən əhali təcili yardım xidmətləri ilə əlaqə qura bilməyib. B
Məlumata görə, bu müddətdə 600-dən çox çağırış cavabsız qalıb.
Avstraliya Rabitə və Media İdarəsi isə hadisəni sistemin standartlarının kobud şəkildə pozulması ilə əlaqələndirib.
Qeyd edək ki, aparılan araşdırmalarda Optusun 2023-cü ildə 2 mindən artıq vətəndaşa təcili zəng xidməti göstərmədiyi və yüzlərlə insanı izləmədiyi üzə çıxıb. Bundan sonra şirkət 12 milyon Avstraliya dollarından (8 milyon ABŞ dolları) çox cərimə ödəməyə məcbur olub.
Gülbəniz Səfərova






